Xəbərlər

Bu gün Aşuradır
12 oktyabr, 2016 09:45

Hicri-qəməri tarixi ilə bu gün, məhərrəm ayının 10-u - Aşura günüdür.

1news.az xəbər verir ki, müsəlmanlar Aşura günündə İmam Hüseynin (ə) şəhid edilməsinə görə geniş şəkildə əzadarlıq mərasimləri keçirirlər.

“Aşura” ərəb sözüdür və onuncu deməkdir. Tarixi mənbələrə əsasən, Kərbəla hadisəsindən əvvəl də Aşura gününə müsəlmanlar arasında özünəməxsus şəkildə önəm verilib. Lakin hicrətin 61-ci ilində məhərrəm ayının 10-da İmam Hüseyn (ə) və onun 72 səhabəsi İraqın Neynəva əyalətində yerləşən Kərbəla səhrasında zalım Bəni-Üməyyə xəlifəsi Yezid ibni Müaviyə tərəfindən şəhid edilib. İmam Hüseynlə (ə) birgə bütün 72 nəfərin başı bədənindən ayrılır. Başsız bədənlər üstündə atlar çapılır. Başlar isə nizələrə vurularaq, digərlərinə ibrət olsun deyə İraq və Şam şəhərlərində gəzdirilir. İmam Hüseynin (ə) ailəsi isə əsir götürülür və Dəməşqə Yezidin hüzuruna aparılır.

Hadisənin 14 əsr bundan öncə baş verməsinə baxmayaraq, hər il bu olayı yüz milyonlarla insan xatırlayır və onu digər nəsillərə təlim edir.

İmam Hüseyn ibni Əli (ə) Həzrəti Məhəmməd (s) peyğəmbərin nəvəsi olmaqla yanaşı, həm də, birinci İmam Həzrət Əlinin (ə) oğlu, eyni zamanda müsəlman ümmətinin üçüncü imamıdır.

Qeyd edək ki, bu gün Aşura günü ilə əlaqədar Azərbaycanda Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunur.

Məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbayel rayonunda “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu Əjdərbəy” məscidində təşkil olunur.

Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Çümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçirilir.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.