“Renessans Palace”-dan indi yeni mənzil alın, köhnəsini isə sonra satın.
Yeni şərtlərə əsasən “Renessans Palace”-dan kreditlə mənzil almaq istəyənlər, artıq sərbəst ödəniş qrafikindən istifadə edə biləcək. Faizsiz 2 illik kreditin minimal ilkin ödənişi 15% təşkil edir. Mənzilin 15%-ni isə müştəri 2 il ərzində sərbəst qrafiklə ödəyə bilər. Yalnız sərbəst qrafiklə ödəniş başa çatdıqdan sonra, mənzilin dəyərinin yerdə qalan hissəsi ödənilməlidir. Faizsiz olduğuna görə, bu satış məhsulu qısamüddətli ipotekadan daha sərfəlidir. Sərbəst qrafik isə, alıcıları konkret müddətdə ödənilməli olan kredit öhdəliklərindən azad edir.
“Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group İnvestment” Şirkətlər qrupunun Marketinq və PR şöbəsində əmindirlər ki, yeni satış məhsulu “Renessans Palace”-da yerləşən premium-mənzilləri insanlar üçün daha da əlçatan edəcək:
“Oktyabrın 1-dən bu günədək bu satış şərtləri ilə artıq 11 mənzil satılıb. Bu isə alıcıların bu məhsula olan böyük marağından xəbər verir. Yeni satış şərtləri əsasən öz evini satmadan, həyat şəraitini yaxşılaşdırmaq istəyən, orta gəlirliyə malik insanların marağına səbəb olub. “Renessans Palace” yaşayış kompleksi sakinlərin sərəncamına 2017-ci ilin 2-ci yarısında təhvil veriləcək. Yəni müştəri bu gün “Renessans Palace”-dan kreditlə mənzil alıb, 1 ildən sonra artıq öz mənzilinə köçə bilər. Bu zaman ona öz köhnə mənzilini təcili satmağa ehtiyac yoxdur. O, 2 il ərzində “Renessans Palace”-dakı mənzilinin tam dəyərini ödəmək üçün əlavə gəlir əldə edə bilər və ya öz köhnə mənzilini tələsmədən, daha sərfəli qiymətə sata bilər”.
Xatırladaq ki, “Renessans Palace” yaşayış kompleksi “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, keçmiş №5 çörək zavodunun bir addımlığında yerləşir. “AS Group İnvestment” burada da sadiq olduğu “bütün xidmətlər bir addımlıqda” konsepsiyasını reallaşdırır. Öz növbəsində “avtomobilsiz həyət” konsepsiyasının tətbiqi sayəsində 1,5 ha sahəsi olan həyət və park sakinlərin ixtiyarına veriləcək. Yaşayış kompleksində idman meydançası, idman qurğuları, tennis kortu, qaçış və velosiped zolaqları, yaşıllıqlar, köşklər, super-market, uşaq bağçası və bir çox digər sosial və kommersiya yönlü obyektlər yaradılacaq. 3,45 metr hündürlükdə mənzillər azad planlama imkanına malik olacaq.
“AS Group İnvestment” 20 illik ipoteka (minimal ilkin ödəniş 10%, illik 10%), 2 illik faizsiz daxili kredit (minimal ilkin ödəniş 30%) və yeni satış məhsulunun potensial müştərilərin seçim imkanlarını daha da genişləndirəcəyi qənaətindədir.