Xəbərlər

SOCAR istiqrazlarına ikiqat tələbat yaranıb
11 oktyabr, 2016 12:42

SOCAR tərəfindən Azərbaycan vətəndaşları və qurumları üçün 100 milyon ABŞ dolları məbləğində kütləvi buraxılmış SOCAR İstiqrazlarına 2 qatdan çox tələbat yaranıb.

1news.az-a SOCAR-dan verilən xəbərə görə, sentyabrın  20-dən ön sifariş toplanmasına başlanan SOCAR İstiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 milyon ABŞ dolları məbləğində buraxılan) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanıb.

ASAN xidmət, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank, Xalq Bank, Kapital Bank, Rabitə Bank, AzFinance, İnvestAz, Paşa Kapital və anderrayterliyi öhdəsinə götürən PSG Kapital-ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi 12 oktyabrda, yerləşdirilməsi isə 13 oktyabrda gerçəkləşdiriləcək.

14 oktyabradək Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra 17 oktyabrda İkinci Bazar əməliyyatları başlanacaq. Bu prosesin uğurla nəticələnməsinə dəstək olan başda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzi (MDM) olmaqla, əməyi keçən bütün qurumlara təşəkkür edirik.

Dəyəri 100 milyon ABŞ dolları təşkil edən SOCAR İstiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203 milyon 604 min ABŞ dolları sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük Emissiya Prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcək, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.

Yekun nəticələr 14 oktyabr tarixi etibarı ilə dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələblərinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec 18 oktyabr tarixində həmin proses sonlandırılacaq.

100 milyon ABŞ dolları məbləğində kütləvi buraxılmış SOCAR İstiqrazlarının fiziki və hüquqi şəxslər tərəfindən 2 qatdan çox tələbatla qarşılanması həm SOCAR İstiqrazlarına, həm də ölkəmizin kapital bazarının inkişafına göstərilən böyük marağın bariz nümunəsidir. Bu vəsilə ilə göstərmiş olduqları etimad üçün vətəndaşlarımıza və qurumlara təşəkkürlərimizi bildiririk.

Mövzu ilə əlaqədar oxuyun:       

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.