Xəbərlər

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib
11 oktyabr, 2016 23:31

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

1news.az-ın məlumatına görə, istənilən vətəndaşın, yerli və xarici investorların məhdudiyyətsiz iştirak etdiyi açıq hərracda səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı baş tutub. Bu dəfəki hərrac zamanı ümumilikdə 35 dövlət əmlakı özəlləşdirilib. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1 milyon manatdan çox vəsait köçürüləcək.

Hərrac rəqabət şəraitində keçməsi ilə yadda qalıb. Belə ki, 5 kiçik dövlət müəssisə və obyektinin satışı üzrə bir əmlaka bir neçə sifariş verilməsi səbəbindən hərrac rəqabətli olub. Bu əmlaklar Bakının Nəsimi, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən istifadəsiz qeyri-yaşayış sahəsi və obyektlərdir. Belə ki, Sumqayıt şəhərində yerləşən emalatxana və Bakının Nəsimi rayonundakı 5 mərtəbəli binanın zirzəmisi (16,5 kv.m) üçün 2 sifarişçi qeydə alınıb. Nəsimi rayonundakı eyni binanın 24,8 kv.m-lik zirzəmisi üçün 3 sifarişçi, 40,2 kv.m-lik digər zirzəmiyə isə 2 sifarişçi özəlləşdirmək üçün iddialı olub. Digər 2 sifarişçi isə Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisini hərrac vasitəsilə əldə etmək üçün elektron sifariş verib. Rəqabətli hərraclar bir daha onu göstərir ki, vətəndaşlar və potensial investorlar belə hərraclarda iştirak etməyə maraqlıdır.

Hərrac media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib. Onlar hərrac prosesini əyani müşahidə etməklə yanaşı, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərracları canlı izləyə biliblər.

Hərracda 2 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Satılmış səhmdar cəmiyyətləri istehsal sahəsinə aid olan “Saxsı qablar” ASC və “Beyləqan Dəmir beton” ASC-dir. Belə müəssisələrin özəlləşdirilməsindən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaqdır.

Özəlləşdirilmiş kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə respublikanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub. 

Xatırladaq ki, növbəti belə hərrac 25 oktyabrda keçiriləcək və 84 dövlət əmlakı satışa çıxarılıb.

Nəzərinizə çatdıraq ki, komitə tərəfindən təşkil olunan hərraclara çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura nəhəng müəssisələrdən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar daxildir. Üstəlik hər hərracda çoxlu sayda və ən əsası çox sərfəli qiymətlərlə əmlaklar özəlləşməyə çıxarılır. Sərfəli qiymətə təklif olunan bu dövlət əmlakları investorlar üçün münasib yatırım imkanları yaradır. Hərraclara olan maraq isə öz növbəsində hərracların rəqabətli keçməsini təmin edir.

Digər mühüm amil isə hərracda iştirak prosedurunun və əmlak sahibi olmaq imkanının çox rahat olmasıdır. Bunlarla yanaşı, hərracda qalib olan şəxs aldığı əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı da əldə edə bilir. Rahatlığı və operativliyi təmin edən digər faktor yeni yaradılmış Özəlləşdirmə portalıdır (privatization.az). Məhz qısa müddətdir ki fəaliyyət göstərən Özəlləşdirmə portalına indiyədək  daxil olan istifadəçilərin sayının 140 mini ötməsi də hərraclara olan marağın əyani göstəricisidir.

Qeyd edək ki, özəlləşməyə çıxarılan hər bir dövlət əmlakının satış qiyməti, habelə mətn və foto məlumatlar, eləcə də əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map) özəlləşmə portalında əks olunur. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumata malik olmasına imkan verir.  Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Bundan sonra iştirakçı statusu qazanan vətəndaş hərracda qalib olaraq əmlak sahibi ola bilir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.