Xəbərlər

Azərbaycanın kabel televiziyası şəbəkələrində analoq yayımı davam etdiriləcək
10 oktyabr, 2016 12:13

Azərbaycan ərazisində 1 dekabr tarixindən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev bildirib.

Əli Əliyevin sözlərinə görə, ölkədə fəaliyyət göstərən kabel operatorların abunəçilərinin rəqəmli yayıma keçid ilə bağlı narahatlığı əsassızdır və analoq formatda KATV1 və Ailə TV kabel operatorlarının xidmətlərindən istifadə edənlər 1 dekabrdan sonra da bu yayımdan zövq ala bilər. Ə.Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və 1 dekabrdan sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır. Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almaq lazım deyildir. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq.

“Kabel operatorları isə öz abunəçilərinin tələbatlarını nəzərə alaraq analoq yayımı davam etdirəcəklər və buna üçün narahat olmağa dəyməz”, - deyərək Ə.Əliyev vətəndaşların bir hissəsinin son günlər böyük narahatlığına səbəb olan aktual məsələyə aydınlıq gətirdi.

Assosiasiyanın rəsmisinin bildirdiyinə görə, rəqəmsal yayıma keçid Azərbaycanın da qoşulduğu Cenevrə konvensiyanın qərarları ilə baglıdır. Belə ki, həmin konvensiyaya görə rəqəmli yayıma keçid 2015-ci ildə başa çatmalı idi. Lakin MDB ölkələri, o cümlədən də Azərbaycan bu prosesi müəyyən qədər yubadıblar.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.