Alman polisi terakt planlaşdıran şəxsi həbs edib
10 oktyabr, 2016 09:47
Almaniya polisi bomba partlayışı həyata keçirmək istəyən, əslən suriyalı olan, şübhəli şəxsi həbs edib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, polis uzun müddətdir ki, suriyalı qaçqın olan Caber al-Bakrı izləyirmiş.
“Yorğunuq, lakin şadıq. Dünən gecə Leypsiqdə terror aktı planlaşdıran şəxsi tutmuşuq”, - deyə alman polisi öz Twitter hesabında yazıb.
Şübhəli şəxsin yaşadığı yerdə bir neçə yüz qram “yüksək təhlükəli” partlayıcı maddə aşkar olunub.
Partlayıcı maddənin artıq uzaqdan detonasiya qurğusuna qoşulması səbəbindən, onun yaşadığı ərazidən 100-ə yaxın insan təhliyyə edilib.
Şübhəli şəxslə əlaqədə olan daha 3 nəfər də saxlanılıb.
Qeyd edək ki, Saksoniya əyalətinin polisi şübhəli şəxsin şəkillərini də paylaşıb.
1news.az