Milçək üçün Twitter hesabı yaratdılar
10 oktyabr, 2016 13:08
ABŞ prezidentliyinə namizəd Hillari Klintonun debat zamanı qaşına qonan milçək böyük populyarlıq əldə edib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, o həddə çatıb ki, milçək üçün hətta Twitter hesabı açıblar.
“Hillarinin milçəyi”hesabının ilk paylaşımında milçəyin H.Klintonun qaşına qonduğu anı təsvir edən şəkil və “Hillariyə dəstək sərgiləyirəm! İnana bilmirəm ki, məni canlı yayımda göstərirlər” sözləri paylaışılıb.
Showing my support for Hillary! I can't believe I'm on TV! #FliesForHillary #flygate #debate pic.twitter.com/l3UYP6P4yb
— Hillary's Fly (@FliesForHillary) October 10, 2016
1news.az