Efiopiyada fövqəladə vəziyyət elan edilib
09 oktyabr, 2016 17:30
Efiopiya baş naziri Haylemariam Desalen uzunmüddətli etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
1news.az APA-ya istinadən xəbər verir ki, H.Desalen deyib ki, hazırkı vəziyyət ölkə əhalisi üçün təhlükə yaradır və buna görə də fövqəladə vəziyyət rejimi elan olunub.
Qeyd edək ki, etiraz aksiyaları onlarla insanın ölümünə səbəb olub, iqtisadiyyata ciddi ziyan vurub.
1news.az