“Elmə ayrılan dövlət vəsaitinin bölgüsündə universitetlər də iştirak etməlidir” – nazirdən təklif
07 oktyabr, 2016 23:17
“Hazırda ali təhsil müəssisələrinin elmi fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir”
1news.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov deyib.
“Universitetlərin maliyyələşməsinin yeganə mənbəyini təhsil haqları təşkil edir. Elmi fəaliyyətlə məşğul olanların yarısının ali təhsil müəssisələrində çalışdığını nəzərə alaraq, dövlət tərəfindən elmə ayrılan vəsaitin bölgüsündə universitetlərin də iştirak etmək hüququnun tanınması məsələsinin müzakirəsini vacib hesab edirik”.
1news.az