İranın “Mahan Air” aviaşirkəti Bakıya uçuşlara başlayır
07 oktyabr, 2016 11:25
İranın “Mahan Air” aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
Beynəlxalq Hava Limanının (AZAL) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.
Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri “Airbus A310” layneri ilə yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” və “ATA Airlines” aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı