Amerikalı tədqiqatçı fiziklər mövcudluğu zaman simmetriyasının pozulmasını sübut edən kvant kristalı yaradıblar.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, tədqiqatın predprintinin qısa məzmunu MIT Technology Review nəşrində dərc edilib.
Alimlər tərəfindən yaradılan obyekt halqa formasında düzülmüş itterbium ionları qrupundan ibarətdir.
Ən aşağı dərəcələrə qədər soyudulmuş bu sistem minimal mümkün olan enerji sistemi vəziyyətinə keçib.
Nəzəri tədqiqatlara əsasən, bu obyekt simasında zaman simmetriyasının pozulması kristal öz oxu ətrafında fırlanmasında göstərir.
Alimlər isə yaradılan kristallarda məhz bunu müşahidə etdiklərini iddia edirlər.
Onların sözlərinə görə, bu kristallar kvant yaddaş daşıyan qurğularda, xüsusən də kvant kompüterlərində istifadə oluna bilər.
Zaman kristalı konsepsiyası ilk dəfə 2012-ci ildə Nobel mükafatı laureatı Frenk Vilçek tərəfindən ortaya qoyulub.
Konsepsiya zaman simmetriyasını poz bilən obyektlərin mövcud olduğunu iddia edir.
Digər sözlərlə, nəzəriyyə obyektin stasionar (dəyişməz) vəziyyətədə qalmaq yerinə zaman çərçivəsində periodik fəallığa malik olmasını iddia edir.
Buna görə də, obyekt, adi kristalların periodik məkan sturukturu analogiyası ilə, zaman kristalı adlandırılıb.
Bu cür obyektlər, periodik dəyişmələrinə (hərəkətinə) baxmayaraq, enerji yarada bilmirlər, çünki bu eyniadlı enerjinin qorunması qanununa zidd olardı.
1news.az