Bundestaq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır
07 oktyabr, 2016 13:44
Bundestaqın xarici siyasət üzrə komitəsinin rəhbəri Norbert Röttgen Almaniyanın Suriyadakı vəziyyətlə bağlı Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, Röttgen rəsmi Moskvanın Suriyaya görə üzərinə düşən məsuliyyəti daşımalı olduğunu qeyd edib.
“Çox ağır hərbi cinayətlərə görə nəticənin və sanksiyaların olmaması böyük skandala yol aça bilər”, - deyə o əlavə edib.
Bununla birgə komitə rəhbəri hər şeyi olduğu kimi qəbul etməyən və Rusiyaya qarşı lazımı tədbirlər görməyən digər Avropa ölkələrini tənqid atəşinə tutub.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı