Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraqqərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi
Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi”.
1news.az