Vaşinqton Suriya ordusuna zərbələr endirəcəyini istisna etmir.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib. O, bununla belə,Suriya ordusuna zərbələrin endirilməsini istisna etməsə də, bunun ABŞ-ın maraqlarına uyğun olacağına şübhə etdiyini qeyd edib.
“Zorakılığın azaldılması və Hələbdəkli vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox guman ki, milli maraqlarımıza zidd olacaq gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq. Lakin mən hər-hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm”, - deyə Ernest brifinqdə jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ mətbuatında Vaşinqtonun Suriya ordusuna zərbələr endirilməsi imkanının nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb.
1news.az