SOCAR-da istehsal prosesində yaranan itkilərin aradan qaldırılması, xərclərin azaldılması və əməliyyat fəaliyyəti səmərəliliyinin artırılması, əməyin təhlükəsizliyi səviyyəsinin qaldırılması və s. üzrə ideyaların mütəşəkkil qəbulunu təmin edən “Fasiləsiz Təkmilləşmə Sisteminin (FTS) Tətbiqi” layihəsinə başlayıb.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, bu layihənin məqsədi SOCAR-da fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində yaradıcı ideyaların və təkliflərin şirkətin əməkdaşlarından toplanması, təhlili və tətbiq edilməsi, əməkdaşlarda “Qənaətcil istehsal” alətlərinin tətbiqi sahəsində peşəkarlığın inkişaf etdirilməsi yolu ilə onların mentalitetinin dəyişdirilməsidir.
Bütövlükdə SOCAR-ı əhatə edəcək layihənin tətbiqi üzrə Nəqliyyat İdarəsinin bazasında 15 avqust 2016-ci il tarixdən etibarən Pilot layihənin həyata keçirilməsinə başlanılmış və 31 dekabr 2016-cı il tarixə başa çatdırılması planlaşdırılır.
SOCAR-ın strukturuna daxil olan digər qurumlarda da “Fasiləsiz Təkmilləşmə Sisteminin Tətbiqi” layihəsinin tətbiqinə 01 fevral 2017-ci il tarixində başlanılması nəzərdə tutulub.
1news.az