“Google” şirkəti “Wi-Fi” şəbəkəsinin sürətini artıran yeni cihazını təqdim edib.
1news.az ICTnews-a istinadən xəbər verir ki, “Google Wi-Fi” adlanan yeni cihaz “Wi-Fi” şəbəkəsinin tutmadığı nöqtələrdə internetin sürətini bərpa edir və hər yerdə internetə qoşulmağa şərait yaradır.
“Google Wi-Fi” cihazı, xüsusilə evlərdə rast gəlinən bu vəziyyətə son qoymaq niyyətindədir. Eyni zamanda, 5 GHz-ə qədər bir çox “Wi-Fi” şəbəkəsini dəstəkləyən bu cihaz avtomatik olaraq ən sürətli internet bağlantısı qura biləcəyiniz qoşulmaya imkan verəcək.
Bir növ siqnal istiqamətləndirici olan “Google Wi-Fi” iki və daha çox mərtəbəli evlərdə yaşayanlar üçün əlverişli ola bilər. Cihazın ABŞ üçün başlanğıc qiyməti 129 dollar olacaq. İlk sifarişlərin qəbuluna bu ilin noyabrında başlamaq nəzərdə tutulur.
1news.az