Yaponiyada şokolad iyi verən kimono tikdilər
05 oktyabr, 2016 09:11
Yaponiyanın Kiyoto şəhərindən olan dizayner Nobuaki Tomita şokolad iyi verən materialdan kimono tikib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, o öz əsərini bu ay Turində keçiriləcək Yaponiya və İtaliya arasında diplomatik münasibətlərinin qurulmasının 150-illiyinə həsr olunmuş tədbirdə təqdim edəcək.
Qeyd edək ki, dizayner bu kimononu hazırlamaq üçün 4 il vaxt sərf edib.
1news.az