Bu il kimya üzrə Nobel mükafatı molekulyar maşınların sintezinə görə veriləcək
05 oktyabr, 2016 16:01
2016-ci ildə Nobel kimya üzrə Nobel mükafatı Jan Pyer Sovaj, Freyzer Ştoddart və Bernard Ferinqə veriləcək.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, molekulyar maşınların sintezini araşdırdıqlarına görə Nobel mükafatına layiq görülən alimlərin adı bu gün açıqlanıb.
Qeyd edək ki, bu il mükafatın məbləği 8 milyon isveç kronu (təxminən 953 min ABŞ dolları) təşkil edir.
Bu il Nobel mükafatına 273 alim nominasiya edilmişdi.
Mükafatlandırma mərasimi bu ilin dekabrın 10-u keçiriləcək.
1news.az