Azərbaycanla BƏƏ arasında viza rejimi ləğv oluna bilər
04 oktyabr, 2016 21:46
Azərbaycan BƏƏ-yə hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.
Səfirin sözlərinə görə, hazırda diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejim mövcuddur, 2015-ci ildən isə BƏƏ vətəndaşları sadələşdirilmiş viza sisteminin əsasında Azərbaycana gəlirlər:
“İndi Azərbaycan tərəfi həm Azərbaycan, həm də BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq olunmasını təklif edir. BƏƏ hökuməti artıq ilkin razılıq verib və hazırda məsələyə baxılır”.
1news.az