Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram təsdiq edilib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2016-cı il iyulun 14-də Bakı şəhərində imzalanmış Proqram təsdiq edilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə bu Fərmanın 1-ci hissəsində göstərilən Proqramın müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə isə Proqramın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərmək tapşırılıb.
1news.az