Xəbərlər

Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı təsdiq olunub - SİYAHI
04 oktyabr, 2016 17:40

Prezident İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasənqərara alıram:

1. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilsin”.

Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı:

1. Azərbaycan Respublikasının vergilər naziri

2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi

6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi

8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin rəisləri

10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin rəisləri

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.