Filippinin prezidenti Obamaya “cəhənnəm ol!” dedi
04 oktyabr, 2016 16:17
Filippinin prezidenti Rodriqo Duerte ABŞ-lı həmkarı Barak Obamanı “cəhənnəmə” göndərib.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumatına əsasən, buna səbəb kimi Duerte ABŞ-ın onlara bir sıra sılah növünü satmamasını gətirib.
“Heç vecimizə deyil. Bu təqdirdə üzümüzü Rusiya və Çinə tutacayıq. Mənim artıq ABŞ-a hörmətim qalmayıb”, - deyə prezident əlavə edib.
Qeyd edək ki, Duertenin Filippində narkotik alverçilərinə qarşı başlatdığı kampaniya çərçivəsində 3 ay ərzində 3400 nəfər öldürülüb.
“Mənim bu addımımı anlamayanlar, həmçinin ABŞ, səfehdilər”, - deyə o qeyd edib.
1news.az