Ronaldo daha bir otel açdı
03 oktyabr, 2016 21:30
Madrid “Real”ının ulduz futbolçusu Kriştiano Ronaldo Funşaldan sonra Lissabonda da otel tikdirib.
1news.az apasport.az-a istinadən xəbər verir ki, CR7 şəbəkəsinə aid olan 4 ulduzlu mehmanxananın açılışında 31 yaşlı hücumçunun özü də iştirak edib.
Ronaldo Lissabonda otel tikdirməsini bu şəhərin ona doğma olmağı ilə əlaqələndirib:
“Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, amma gələcək barədə də düşünmək lazımdır. Karyeramın bir hissəsi Lissabonda keçib. Burda 7 il keçirmişəm. Odur ki, Lissabonda otel açmaq şansını əldən verə bilməzdim”.
Qeyd edək ki, Ronaldo 1997-2003-cü illər ərzində “Sportinq”də çıxış edib.
1news.az