ABŞ-da hətta filmlərdə belə, rast gəlmədiyimiz qəribə olay yaşanıb. Floridalı milyonçu fərqində olmadan öz nəvəsi ilə evlənib.
1news.az lent.az-a istinadən xəbər verir ki, Mayamidə yaşayan 68 yaşlı milyonçu üç ay əvvəl 24 yaşlı rəqqasə ilə evlənib.
Gənc qadın bir gün ərinin ailə albomuna baxarkən köhnə fotoya rəst gəlir. Qadın şəkildəki uşaqlardan birinin atası olduğunu fərq etdikdə şoka düşür. O, sonradan jurnalistlərə açıqlamasında: “Atamı o fotoda görəndə özümü çox çarəsiz hiss etdim”, - deyib.
Adının açıqlanmasını istəməyən gənc qadın hələ yeniyetmə ikən hamilə qalır və buna görə ailəsi ilə münasibətləri korlanır. Valideynləri ilə əlaqəsi kəsilən qız rəqqasəliklə məşğul olmağa başlayır.
Qadının ərinin, yəni babasının hekayəsi isə olduqca maraqlıdır. İkinci evliliyinə 2009-cu ildə son qoyan kişi 2011-ci ildə lotoreyada qazanaraq milyonçu olur. Nəvəsi, yəni gənc həyat yoldaşı ilə isə internetdə tanış olurlar və bir müddət sonra evlənməyə qərar verirlər.
Kişi baş verən hadisə haqda bunu deyib: “Onun şəklini saytda ilk dəfə görəndə sanki dejavü yaşadım. Amma onun bu qədər tanış gəlməsi səbəbini anlamamışdım”.
Cütlük boşanmağı düşünür.
1news.az