Tibb üzrə Nobel mükafatı sahibi məlum oldu
03 oktyabr, 2016 14:48
Nobel Komitəsi tibb üzrə 2016-cı ilin qalibini açıqlayıb.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, yapon alim Yoşinori Ohsumi autofaqiya mexanizminin öyrənilməsindəki xidmətlərinə görə Nobel mükafatına layiq görülüb.
Dekabrın 10-da keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək digər qaliblərin hər birinə 932 min dollar veriləcək.
1news.az