“Toyota”da sıxışıb qalan sürücü xilas edilib
30 sentyabr, 2016 09:27
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
1news.az