Xəbərlər

Əliməmməd Nuriyev: “Asan xidmət” korrupsiyaya qarşı mübarizədə effektiv mexanizm rolunu oynayır
30 sentyabr, 2016 15:33

Korrupsiya və hüquq pozuntuları haqqında məlumat verən şəxslərlə bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi korrupsiya ilə mübarizəni gücləndirəcək.

Bunu 1news.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, həmin layihədə korrupsiya və hüquq pozuntuları haqqında məlumat verən şəxslərin müdafiəsi ilə bağlı normalar yer alıb:

“Artıq parlamentin komitəsində bunun ilkin müzakirəsi olub və təbii ki, bu müzakirələr davam edəcək. Bu, tamamilə yeni bir institutdur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutlmuş tədbirlər sırasına daxildir. Korrupsiya qarşı mübarizəyə dair qanunda müvafiq dəyişikliklər baş verəndən sonra bu, korrupsiyaya qarşı mübarizədə yeni əlavə alətlər kimi də qəbul edilə bilər”.

Ümumiyyətlə, hazırda Azərbaycanda korrupsiya ilə mübarizədə geniş islahatların həyata keçirildiyini deyən Ə.Nutiyev bildirib ki, bu islahatların da bir məqsədi ölkəmizdə davamlı inkişafa nail olmaqdır:

“Bunun əsas şərtlərindən biri də korrupsiyanın azaldılması, məhdudlaşdırılması ilə bağlıdır. Dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi, korrupsiyaya qarşı mübarizə bizim prioritetlərimizdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizədə səmərəli nəticələrə nail olması beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur”.

Fond rəhbəri korrupsiyaya qarşı mübarizədə görülən işlərin, aparılan islahatların bariz nümunəsi kimi “Asan xidmət”i qeyd edib.

“Asan xidmət” korrupsiyaya qarşı aparılan mübarizənin simvollarından birinə çevrilməklə yanaşı, korrupsiyaya qarşı mübarizədə effektiv mexanizm rolunu oynayır. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan xidmət) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılması, ailə biznesinin, orta və kiçik biznesin inkişafına yeni bir imkan verəcək. Bu, həm də korrupsiyaya qarşı mübarizədə səmərəli institusional mexanizmlərdən biridir.

Bundan əvvəl “Asan imza”nın yaradılması da xüsusi qeyd olunmalıdır. Məlum olduğu kimi, “Asan imza”nın tətbiqi Azərbaycana turist axınının yüksəlməsinə gətirib çıxardı.

Eyni zamanda yaxın günlərdə Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə uyğun olaraq göstərdikləri xidmətlərin qiymətləndirilməsini nəzərdə tutan “Asan xidmət indeksi”nin təqdimatı planlaşdırılır”.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.