Azərbaycanda vətəndaş kanalizasiya quyusuna düşdü
29 sentyabr, 2016 23:07
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində 17 yaşlı qız avtomobil yolunun ortasında kanalizasiya quyusuna düşüb.
1news.az-ın Bizim Yol-a istinadən verdiyi məlumatına əsasən, hadisə Lökbatan yolunda qeydə alınıb. Yoldan keçmək istəyən 17 yaşlı A.K. üstü açıq olan kanalizasiya quyusuna yıxılıb. Hadisəni görən sürücülər qıza yardım göstəriblər.
Quyuya düşən A.K.-nın ayağı və yan ətraflarından xəsarət alıb.
Hadisəyə yolun su ilə dolu olması və qızın açıq quyunu görə bilməməsi səbəb olub.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı