Obama qızlarının orduda xidmət edəcəyini istisna etmir
29 sentyabr, 2016 22:06
ABŞ prezidenti Barak Obama qızlarının orduda xidmət etmək istədikləri halda qarşı çıxmayacağını bildirib.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, bu haqda o Fort-Lidə (Virciniya) ABŞ-ın quru qoşunlarında xidmət edən əsgərlərlə görüşdə bildirib.
“Mən onlara “Xidmət edin!” deyərdim. Sözsüz ki, onlara görə narahat olmayacağımı desəm yalan olar. Sizin uşaqlar sizindir. Və əlinizdə imkan olsa onları ömrünüzün sonunadək pijamada görmək istərdiniz”, - deyə ABŞ prezidenti əlavə edib.
B.Obama həmçinin daha çox amerikalının orduya yazılmasının tərəfdarı olduğunu deyib.
1news.az