Yunanıstanda 5,2 bal gücündə zəlzələ baş verib
28 sentyabr, 2016 23:53
Yunanıstanın Rodos adasında Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Rodosun ən yüksək nöqtəsi sayılan, Attaviros dağının ətəyində yerləşən Emponas şəhərindən 25 kilometr uzaqlıqda yerləşib.
Yunanıstan Avropada ən seysmik fəal zonaya aiddir.
AZƏRTAC