Xəbərlər

ABŞ Kubaya 1961-ci ildən bəri ilk səfiri təyin edib
28 sentyabr, 2016 16:13

Kuba ilə münasibətləri getdikcə mülayimləşən ABŞ, 55 illik fasilə ardınca ölkəyə yenidən səfir təyin edib.

1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, prezident Barack Obama deyib ki, bu "daha normal və sağlam münasibətə yönələn bir addımdır".

Amma Konqresdə onun kommunist ada ilə əlaqələrinə qarşı olan Respublikaçılar prezidentin təşəbbüsünə qarşı çıxa bilərlər.

Yeni səfir Jeffrey DeLaurentis Havanada açılmış ABŞ səfirliyində keçən ilin iyul ayından bəri işləyir.

Prezident Obama deyib ki, ondan "daha uyğun mütəxəssis yoxdur".

Prezident Obama və Kubanın prezidenti Raul Casto, 1961-ci ildə baş vermiş kommunist inqilabından sonra ABŞ ilə kəsilən münasibətləri yenidən canlandırmağa başlayıblar.

İki ölkə arasında təyyarə uçuşlarına məhdudiyyətlər aradan qaldırılıb amma ABŞ-ın Kubaya qarşı embarqosu hələ də qüvvədədir.

Kuba əsilli ABŞ senatoru Marco Rubio deyib ki, iki ölkə arasında əlaqələrin yümşalması "Castro rejiminə Kubanın siyasi sistemində nəsillər boyu qalmasına zəmin yarada bilər".

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.