Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə III və IV kursda təhsil alan 7 tələbəsinin “SOCAR UPSTREAM Management International MMC” şirkəti tərəfindən sertifikat və mükafatlara layiq görülməsinə həsr edilmiş tədbir keçirilib.
1news.az-a BANM-dan verilən xəbərə görə, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov “SOCAR UPSTREAM Management International MMC”-də bu ilin yayında istehsalat təcrübəsində olmuş tələbələrə yaradılan şəraitdən söz açmış, onların yüksək səviyyəli bilik və bacarıq nümayiş etdirdiklərini bildirmişdir.
E.Qasımov bütün beynəlxalq şirkətlərlə, o cümlədən SOCAR və onun müəssisələri ilə əməkdaşlıq çərçivəsində hər il BANM-in tələbələrinin istehsalat təcrübəsi keçmək üçün müxtəlif müəssisələrə göndərildiklərini, həm ödənişsiz, həm də ödənişli əsaslarla təcrübə keçən tələbələr üçün yaradılan şəraitdən razı qaldığını ifadə edib.
BANM-in məzunlarının yüksək ixtisaslı, ingilisdilli mütəxəssis kadrlar kimi formalaşmasında onların Ali Məktəbin professor-müəllim heyəti tərəfindən verilən yüksək səviyyəli tədris nəticəsində qazandıqları biliklərlə yanaşı, şirkətlərdə əldə etdikləri təcrübənin də vacibliyini deyən rektor ''SOCAR UPSTREAM Management International MMC'' şirkətinin rəhbərliyinə təşəkkür edib.
SOCAR-ın vitse-prezidenti, ''SOCAR UPSTREAM Management International MMC'' şirkətinin icraçı direktoru Yaşar Lətifov BANM-in hazırda ölkəmizdə ən nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu söyləmiş, Ali Məktəbin tələbələrinin istehsalat təcrübəsi zamanı nümunəvi davranış və öz peşələrinə böyük maraq göstərdiklərini bildirib.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı