Nazir: “Ballistik raketlərin texnologiyası Azərbaycana gətiriləcək”
27 sentyabr, 2016 14:14
280 km məsafəyə uça bilən ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir.
1news.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Bakı Ekspo Mərkəzində “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılış mərasimində deyib.
Müasir silah və texnikanın nümayiş edildiyi sərgidə danışan nazir bildirib ki, Azərbaycanın üzərində təcrübə-konstruktor işi apardığı 125 hərbi məmulatla bağlı prioritet layihələr “Hava-yer”, “Hava-hava”, “Yer-yer” raketlər ilə bağlıdır:
“Hazırda bu istiqamətdə dünyanın bir neçə aparıcı şirkətləri ilə danışıqlar gedir”.
1news.az