İlham Əliyev Belarusun müdafiə nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib
26 sentyabr, 2016 18:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Belarus Respublikasının müdafiə naziri Andrey Ravkovun başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Qeyd edək ki, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvətilə sentyabrın 26-da ölkəmizə rəsmi səfərə gəlib.
Səfər çərçivəsində qonaqların “ADEX-2016” 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.
1news.az