Budapeştdə partlayış baş verib
26 sentyabr, 2016 14:14
Macarıstanın paytaxtı Budapeştdə içi mismarlarla dolu olan əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 2 polis əməkdaşı ağır yaralanıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, Macarıstan polisinin rəisi Karoli Pap bu hadisənin polis əməkdaşlarına qarşı yönəlmiş olduğunu bildirib.
“Mən bu teraktı Macarıstanın bütün polis zabitlərinə qarşı atılmış addım kimi qəbul edirəm. Terrorçular onları edam etmək istəyiblər”, - deyə Pap əlavə edib.
Hal-hazırda partlayışda şübhəli bilinən 20-25 yaşı insanın şəkilləri əldə edilib.
Qeyd edək ki, partlayış nəticəsində 23-yaşlı bir polis qadın ağır xəsarət alıb, onun vəziyyəti hal-hazırda kritikdir. Digər, 26 yaşlı polis əməkdaşının isə vəziyyəti ağırdır.
1news.az