“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib
24 sentyabr, 2016 14:19
“Sədərək” ticarət mərkəzində yanğın nəticəsində ümumi sahəsi 1200 m² olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
1news.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyindən “Report”a bildirilib ki, sahibkarlara dəymiş ziyan ödəniləcək.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı