SOCAR şirkəti (ARDNŞ) 2016-cı ilin sonuna kimi daxili bazarda yerləşdirmək məqsədilə dollar istiqrazlarının ikinci emissiyasını həyata keçirə bilər.
1news.az-ın İnterfaks-Azərbaycan-a istinadla verdiyi xəbərə görə, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə bildirib:
“SOCAR-ın dollar istiqrazlarının debüt buraxılışına maraq çox böyükdür. Düzdür, əhali hələlik bu kağızları hələ qiymətləndirir... Lakin biz inanırıq ki, onların yerləşdirilməsi uğurlu olacaq. Belə olacağı halda hətta bu il istiqrazların daha bir emissiyasını həyata keçirməyə hazırıq”.
Bununla yanaşı, o istiqrazların mümkün ikinci emissiya həcmini dəqiqləşdirməyib.
“İstənilən halda ikinci istiqrazlar üzrə gəlilrlilk debüt buraxılışdan az olacaq. Çünki əhaliyə xarici valyutada depozitlər üzrə illik 3% gəlirliliklə faizlər təklif edən banklar üçün çətinliklər yaratmaq istəmirik”, - deyə şirkət rəhbəri əlavə edib.
R.Abdullayev vurğulayıb ki, daxili bazarda debüt istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait şirkətin öncə buraxdığı avrobondlar üzrə faizlərin ödənişinə yönəldilib.
Sentyabrın 20-dən etibarən SOCAR 5 il müddətinə $100 mln. məbləğində istiqrazın satışına başlayıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. İstiqrazların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
İstiqrazlar üzrə illik gəlirlilik 5% təşkil edəcək.
Bu, SOCAR tərəfindən istiqrazların daxili bazarda ilk yerləşdirilmədir. Şirkət artıq avrobond buraxılışı üzrə təcrübəyə malikdir, yəni xarici bazarlarda 3 dəfə istiqraz yerləşdirib.
1news.az