Xəbərlər

Azərbaycanda istehsal olunacaq avtomobillərin satış tarixi məlum oldu
23 sentyabr, 2016 14:10

Azərbaycan ilə İranın Neftçalada inşa edəcəkləri birgə avtomobil zavodunun istehsalı olacaq ilk avtomobil 2017-ci ilin mayında satışa çıxarılacaq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuata məlumat verən İranın sənaye nazirinin müavini Cəfər Sərcani qeyd edib ki, ilkin mərhələdə zavodda istehsal olunacaq avtomobil İrandan gətirilən hissələrdən yığılacaq. İkinci mərhələdə isə Neftçalada ehtiyat hissələrinin istehsalına başlanacaq və avtomobil tam olaraq Azərbaycanda hazırlanaraq satışa çıxarılacaq.

Nazir müavini deyib ki, 15 milyon dollar dəyərində olan bu layihəni Azərbaycanın “AzEuroCar LLC” şirkəti ilə İranın “Khodro” şirkəti həyata keçirəcəklər. Zavodun inşası üçün Neftçalada 10 hektar ərazi ayrılıb və tikinti işləri sürətlə davam edir.

Zavodda hər il 10 min avtomobilin istehsalı nəzərdə tutulub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.