Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar incəsənət xadimi”
Atayev Fəxrəddin Qəhrəman oğlu
“Əməkdar artist”
Əliyev Telman Adil oğlu
Əsədov Çingiz Eynulla oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Şahmuradova Nigar Oqtay qızı
Şahmuradova Viktoriya Aleksandrovna
Talıbzadə Xuraman Səmədağa qızı”.
1news.az