Dünən Neftçala rayonunda 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan hərbi helokopterini vuran zaman “Vur, komandi, vur!” deyə qışqıran hərbi qulluqçu İlkin Muradovun toy mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, bu barədə bəyin dəvəti ilə mərasimdə iştirak edən millət vəkili Aydın Mirzəzadə şəxsi Facebook səhifəsində bildirib.
“Dünən, 21 sentyabr tarixində 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan hərbi helokopterini vurmuş igid hərbi qulluqçu İlkin Muradovun özünün dəvəti ilə onun Neftçala rayonunun Xol Qaraqaşlı kəndində keçirlən toyunda iştirak etdim”- deyə, millət vəkili qeyd edib.
Ailə qurmaları münasibətilə bəylə gəlini təbrik edən A.Mirzəzadənin toydan paylaşdığı fotoları təqdim edirik:
Mövzu ilə əlaqədar:
Əsgər zəng edib millət vəkilini toyuna çağırdı – “Vur komandir, vur!”
1news.az