Çin 60 yeni AES tikməyi planlaşdırır
20 sentyabr, 2016 18:50
Çin yaxın on ilə ölkədə 60 yeni atom elektrik stansiyasının tikintisini planlaşdırıb. Bu barədə Çinin Beynəlxalq radiosu məlumat yayıb.
Çin hökumətinin nüvə-elektrik texnologiyalar (SNPTC) kompaniyasının vitse-prezidenti Çjen Quanmin üç ən iri şirkətin – SNPTC, Çinin milli nüvə korporasiyası (CNNC) və China General Nuclear Power hər il azı iki AES tikəcəklərini bildirib. Qeyd olunub ki, bu məqsədlə hökumət 570 milyard ABŞ dolları ayıracaq.
Hazırda Çində ümumi gücü 28 giqavolt olmaqla 30 enerji bloku fəaliyyət göstərir. CNNC-ın prezidenti Sun Tsin bildirib ki, 2016-cı ildə ilk üzən AES-in tikintisinə başlanacaq. Onun sözlərinə görə, həmin AES 2019-cu ildə istifadəyə veriləcək.
RİA Novosti