Xəbərlər

İlham Əliyev Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirini qəbul edib
20 sentyabr, 2016 18:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovu qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir. 

Dövlətimizin başçısı ölkələrimizin müvafiq nazirlikləri arasında uzun illərdir sıx qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğuladı, bu gün imzalanacaq sənədin əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasında Rusiya tərəfinin yardımına görə təşəkkürünü bildirdi, ilkin mərhələdə aparılan qarşılıqlı məsləhətləşmələri və texniki təchizatla bağlı köməyi yüksək qiymətləndirdi.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 ildən artıqdır səmərəli fəaliyyət göstərdiyini qeyd edən dövlətimizin başçısı ölkələrimizin müvafiq qurumlarının ikitərəfli əməkdaşlıq həyata keçirdiyini, gözlənilməz situasiyalar və qarşıya çıxan çətinliklər zamanı bir-birinə yardım göstərdiklərini vurğulayaraq bunu dostluq və tərəfdaşlıq əlaqələrinin təsdiqi kimi qiymətləndirdi, bu dostluğun artıq xeyli sınaqlardan keçdiyini vurğuladı.

Rusiya və Azərbaycanın dost dövlətlər olduğunu qeyd edən nazir Vladimir Puçkov ölkələrimizi bir çox məsələlərin birləşdirdiyini dedi. Birgə əməkdaşlığımızın parlaq perspektivləri olduğunu bildirən Vladimir Puçkov Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin uzun illərdir qarşılıqlı fəaliyyət göstərdiklərini, idarəetmə orqanlarının və xüsusi bölmələrin hazırlığının artırılması, eləcə də mütəxəssislərin təlimləri ilə bağlı birgə işlərin aparıldığını, yeni texnologiyaların tətbiq edildiyini diqqətə çatdırdı.

Vladimir Puçkov bildirdi ki, bu gün imzalanması nəzərdə tutulan növbəti iki illik plan məqsədlərin müəyyənləşdirilməsi, tapşırıqların formalaşdırılması, həm Azərbaycan, həm də Rusiya tərəfindən məsul şəxslərin təyin olunması üçün yaxşı imkan yaradacaq. O dedi ki, birgə fəaliyyətin əsas məqsədi Rusiya və Azərbaycan əhalisinin həyat təhlükəsizliyi, iqtisadiyyatın, sosial infrastrukturun inkişafı üçün şəraitin yaradılması, eləcə də təhlükə və fəlakətlərin azaldılması üçün müasir forma və metodların tətbiqidir. 

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.