Faiq Ağayev 45 yaşını solo konsertlə qeyd edəcək
20 sentyabr, 2016 13:20
Xalq artisti Faiq Ağayev Heydər Əliyev Sarayında doğum günündə – 29 dekabrda solo konsertlə çıxış edəcək.
Bir zamanlar Heydər Əliyev Sarayında ad günündə çıxış etmək Faiq Ağayev üçün ənənəyə çevrilmişdi. Hər il Xalq artisti doğum gününü pərəstişkalarına yeni konsert verməklə qeyd edirdi.
Lakin bu ənənəyə bir qədər fasilə verildi. Faiq Ağayev Heydər Əliyev Sarayının səhnəsinə ənənəvi konsert proqramı ilə öz ad günündə - 29 dekabrda qayıdacaq.
Biletlər yaxın günlərdə satışa çıxarılacaq. Biletlərin qiyməti 20-120 Azn civarındadır.
1news.az