InvestAZ investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avro/Dollar məzənnəsi keçən həftə ərzində InvestAZ analitiklərinin proqnozlaşdırdıqları kimi yenidən ucuzlaşmağa başlayıb.1.1283$-dan 1.1143$-a kimi ucuzlaşan EUR/USD cütlüyünün məzənnəsi əlavə olaraq 1.1122$ və 1.1080$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, bu həftənin çərşənbə günü ABŞ mərkəzi bankının uçot faiz qərarı açıqlanacaq. Qərar fonunda isə dünya valyuta birjalarında dollar və digər valyutaların məzənnələrində kəskin dəyişikliklərin şahidi ola bilərik.
GBP
Böyük Britaniya funt sterlinqinin dünya birjalarında qiyməti də keçən həftə gözləntiləri doğruldaraq 1.3000$-a kimi ucuzlaşıb. InvestAZ analitiklərinin GBP/USD cütlüyünün məzənnəsi üzrə növbəti texniki təhlilləri onu göstərir ki, qiymət eniş trendini 1.2970$ və 1.2890$-a kimi də davam etdirə bilər.
TRY
USD/TRY valyuta cütlüyünün məzənnəsi bir neçə dəfə 2.91 TL-i aşağı istiqamətdə qırmağa cəhd etsə də buna nail ola bilməyib və yenidən 2.99 TL-ə kimi bahalaşıb. InvestAZ analitiklərinin fikrincə, cütlük üzrə qiymət bir müddət də 2.91 TL-nin üzərində möhkəmlənərək, 3.00 və 3.03 T-ə kimi dəyər qazana bilər.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son bir ay ərzində tələbatın artması fonunda 50.12$-a kimi bahalaşdıqdan sonra bu səviyyələrdə möhkəmlənə bilməyərək qismən korreksiyaya başlayıb.Qiymətin 47$ ətrafında korreksiyası gələcək günlər ərzində bir müddət də davam edə bilər. Onu da qeyd etmək lazımdır ki, OPEC sentyabr ayının 26-ı neft istehsalının dondurulması mövzusu ətrafında Əlcəzairdə qeyri-rəsmi toplantı planlaşdırır.
GOLD
Qızılın dünya əmtəə bazarlarında qiyməti isə son iki həftədir ucuzlaşır. Artıq 1306$-a (42.0$/qram) kimi ucuzlaşan qızıl bir unsiya üzrə qiyməti 1302$-ı (41.9$/qram) da aşağı istiqamətdə qırarsa, eniş dalğası əlavə olaraq 1280$-a (41.1$/qram) kimi davam edə bilər.
“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“Invest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.