Xəbərlər

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində araşdırma aparıblar
19 sentyabr, 2016 23:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 və 10 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

1news.az-ın məlumatına görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, beynəlxalq standartlara və cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi 10 saylı cəzaçəkmə müəssisəsinə planlı başçəkmə zamanı müəssisənin yataqxana, tibb-sanitar hissə, karantin  və cərimə otaqlarına, istehsalat sahəsinə baxış keçirilib, məhkumların hüquqlarının təmini baxımdan saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, sovqat, gəzinti, görüş, eləcə də müraciət hüquqlarının təmini və rəftarla bağlı mövcud vəziyyət və sənədləşmə yerində araşdırılıb.

1 saylı cəzaçəkmə müəssisəsinə keçirilmiş plandankənar başçəkmədə isə məqsəd, Ombudsmanın ünvanına daxil olmuş müraciətlər araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr çərçivəsində Müvəkkilə müraciət etmiş məhkumlar, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri dinlənilib, tibbi müayinə, saxlanılma şəraitinə dair bəzi müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

Fərdi qəbul edilmiş şəxslərlə yanaşı, müəssisəyə yeni gəlmiş və karantin otağında saxlanılan məhkumlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, onlara müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-lərin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.