Əfqanıstanın cənubunda ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbəsi nəticəsində 8 polis əməkdaşı həlak olub. Bu barədə Sputnik agentliyi məlumat yayıb.
Hadisə “Taliban” hərəkatının fəal olduğu Uruzqan əyalətində baş verib. Həlak olanlar yol mühafizəsi dəstəsinin üzvləridir.
“Birinci zərbədə bir polis nəfəri həlak olmuşdu. Onun həmkarları insidentin baş verdiyi yerə yığışarkən təyyarədən endirilən ikinci zərbə nəticəsində daha 7 nəfər həyatını itirib”, – deyə dəstə komandir Hacı Rəhim Sputnik agentliyinə bildirib. O, təsdiqləyib ki, aviazərbələr zamanı rayonda düşmənin hərəkəti müşahidə olunmayıb.
Generalı Çarlz Klivlend isə öz növbəsində Pajvak agentliyinə bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri ərazidə naməlum silahlı şəxslərin hücumunu qeydə alıblar.
RİA Novosti