“ABŞ-a etibar edən optimistlər ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsindən nəticə çıxarmalıdır”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Xamneyinin məsləhətçisi Həddad Adel bildirib.
H. Adel deyib ki, amerikalılar heç vaxt verdikləri sözü pozmaqdan imtina etməyəcəklər:
“ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsi terrorçulara dəstəkdir və ABŞ-ın barışıq planındakı gizli məqsədini göstərir”.
Qeyd edək ki, dünən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası Deyr-ez-Zor aerodromunda İŞİD terrorçularının mühasirəsində olan Suriya hərbi birliklərinin mövqelərinə 4 aviazərbə endirib. Nəticədə 62 hərbçi ölüb, 100 hərbçi yaralanıb. Rusiya ABŞ-ın bu addımını sərt formada qınayıb. ABŞ isə yanlışlıqla Suriya ordusunun mövqelərinə zərbə endirildiyini bəyan edib.
1news.az