Xəbərlər

“SAY: Volunteering Festival” layihəsinə start verildi
17 sentyabr, 2016 20:34

“İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “Volunteering Festival” layihəsinə start verib.

Birlikdən 1news.az-a verilən məlumata görə, SAY hərəkatının dördüncü mərhələsi çərçivəsində təşkil olunacaq düşərgədə gənclər könüllülük proqramı, könüllülük fəaliyyətinin təbliği və bu fəaliyyətin gələcəkdə onlara təsiri haqqında məlumatlandırılacaqlar.

Maarifləndirici xarakterli bu layihədə ekspertlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Azərbaycanın Avropanın ən böyük tədbirlərinə ev sahibliyi zamanı könüllülük hərəkatına fəal qoşulan “İrəli” İctimai Birliyinin sıralarından minlərlə gənc bu prosesdə yaxından iştirak edib. Gənclər gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da könüllü fəaliyyətinə qoşulacaqlar.

Bu baxımdan layihənin əsas məqsədi Azərbaycanda könüllülük ideyasının geniş səviyyədə aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə sağlam gəncliyin inkişafına təkan vermək, ölkəmizin mədəniyyətinin və Azərbaycan həqiqətlərinin dünyada tanınmasında onların fəal iştirakını təmin etməklə ümumilikdə gənclərin şəxsi inkişafına nail olmaqdır. Gənclərdə özünəinam hissini gücləndirmək, onların dostlarının sayını artırmaq, yeni ünsiyyət üçün tanışlıqlar, maraqlı vaxt keçirmək də layihənin hədəflərinə daxildir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.