“Galaxy Note 7” satışlarının bərpa olunacaq tarixi bəlli oldu
17 sentyabr, 2016 17:31
"Samsung” şirkəti “Galaxy Note 7” smartfonlarının partlamasından sonra, cihazların satışlarını dayandırmışdı.
1news.az Technote-yə istinadən xəbər verir ki, bir çoxlarını maraqlandıran sual isə Galaxy Note 7 satışlarının nə zaman bərpa olunacağıdır.
Rəsmi məlumata əsasən, "Samsung” şirkəti Galaxy Note 7smartfonlarının satışlarını öz doğma Koreya bazarında 28 sentyabr tarixində bərpa edəcək.
Qeyd edək ki, cihazların satışları 2 sentyabr tarixində dayandırılıb.
1news.az