“iPhone”u hak edənə 250 min dollar mükafat veriləcək
17 sentyabr, 2016 14:00
Dünyanın ən böyük təhlükəsizlik şirkətlərindən biri olan “Trend Micro”, ənənəvi hal alan “iPhone” hak yarışlarına yenisini əlavə edib.
1news.az Technote-yə istinadən xəbər verir ki, yarışlar arasında xüsusilə hakerlərin yer aldığı “iPhone” şifrəsini qırma yarışı diqqət çəkir.
Belə ki, haker ona veriləcək “iPhone 6S”in şifrəsini məlumatlara zərər vermədən qırarsa, 250 min dollar mükafat alacaq. Bundan əlavə iOS-da boşluq tapan hakerlərə 500 min dollar veriləcək.
26-27 Oktyabr tarixlərində keçiriləcək yarışlara böyük marağın olması gözlənilir.
1news.az